Arif Quliyev səhhəti ilə bağlı problem yaşayıb – FOTO

Arif Quliyev səhhəti ilə bağlı problem yaşayıb – FOTO

Dünən halı pisləşərək xəstəxanaya yerləşdirildiyi deyilən Xalq artisti, aktyor Arif Quliyevin səhhəti normaldır. Belə ki, A.Quliyev bu gün “Space” televiziyasının səhər proqramının qonağı olub.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, canlı yayımda “Hər səhər”in qonağı olan Xalq artisti yenə də tamaşaçıları duzlu-məzəli əhvalatları, lətifələri ilə sevindirib. Arif Quliyev Əməkdar artist Kəmalə Müzəffərin aparıcılıq etdiyi verilişdə, hətta müəyyən muğam və mahnılardan parçalar da oxuyub.

Qeyd edək ki, üksək qan təzyiqi diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasının 2-ci şöbəsinə yerləşdirilib və tibbi müdaxilələrdən sonra evə buraxılıb.

A.S.

0
32