Gənclər kino xadimləri ilə Milli Kino Gününü qeyd etdilər – FOTO

Gənclər kino xadimləri ilə Milli Kino Gününü qeyd etdilər – FOTO

Ötən gün “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə “ADDIM” Gənclər Təşkilatı Milli Kino Gününə həsr olunan tədbir həyata keçiriblər.

Oxu.Az xəbər verir ki, mərasimdə tanınmış kino xadimləri, gənclər, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə “CinemaPlus”un nümayəndəsi, rejissor Cəfər Axundzadə, “Mozalan” studiyasının rəhbəri Əlisəttar Quliyev və rejissor Elxan Cəfərov açıq elan ediblər.

Daha sonra “Mozalan” studiyasının istehsalı olan bir neçə qısametrajlı, sosial mövzulu filmlər, sonda isə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş olunub.

Gün ərzində kinoteatrın foyesində yerli filmlərimizin saundtrekləri səsləndirilib, filmlərin yaddaqalan kadrlarından ibarət fotosərgi təşkil olunub. Eləcə də Azərbaycan filmləri nümayiş olunub.

Aytən Sadıqzadə

0
27