Türkiyəli futbolçu tanınmış aktrisaya eşq elan etdi - FOTO

Türkiyəli futbolçu tanınmış aktrisaya eşq elan etdi - FOTO

Türkiyə milisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Caner Erkin şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış futbolçu sosial şəbəkədə foto paylaşaraq, aktrisa Şükran Ovalı ilə sevgili olduğunu bəyan edib. Onun bu addımından sonra sevgilisi Ş.Ovalı  öz “İnstagram” səhifəsində Canerlə yan-yana olan şəklini paylaşıb. Futbolçu isə həmin fotonun altına “Sənsiz qalmışam. Bəli, xeyli vaxtdır arzuladığım, gözlədiyim bir sevgini yaşayıram. Çox xoşbəxtəm. Nəhayət ki, sevdiyim, aşiq olduğum xanımlayam. Mənə inandığın üçün şanslıyam və həyəcanlıyam. Həyatımı səninlə keçirmək istəyirəm” yazıb.

0
17