Bakıda səfirlik əməkdaşı qəzaya düşdü

Bakıda səfirlik əməkdaşı qəzaya düşdü

Polis faktla bağlı araşdırma aparır.

Bakıda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Yusif Hacıyevin idarə etdiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyinə məxsus “Nissan”, Cəlilabad rayon sakini 1964-cü il təvəllüdlü Əliqardaş Xudiyevə məxsus “Mercedes-Benz” və Bakı şəhər sakini Əli Rəsulovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşublar.

Y.Hacıyev müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

0
13