Küveyt yığması olimpiyadadan kənarlaşdırılıb

Küveyt yığması olimpiyadadan kənarlaşdırılıb

Ölkə nümayəndələri daha öncə BOK-dan 1 milyard dollar təzminat tələb ediblər.

Küveyt Beynəlxalq Olimpiya Komitəsinə (BOK) qarşı açdığı məhkəmə prosesini uduzub.

Oxu.Az “New Straits Times”a istinadən xəbər verir ki, ölkə nümayəndələri daha öncə BOK-dan 1 milyard dollar (1,59 milyard manat) təzminat tələb ediblər.

İsveçrənin Vaadt vilayəti məhkəməsi Küveytin Beynəlxalq Olimpiya Komitəsinə (İOC) qarşı iddiasını təmin etməyib.

Küveytin 30 gün ərzində daha yuxarı instansiyaya şikayət etmə hüququ var.

Ölkə yığması idmana siyasi müdaxilə səbəbindən olimpiyadadan kənarlaşdırılıb.

İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.

0
10