Cəlilabadda 42 yaşlı kişini əqrəb sancdı – FOTO

Cəlilabadda 42 yaşlı kişini əqrəb sancdı – FOTO

Bağırov ayağını sancan həşəratın əqrəb olduğuna əmin olmaq üçün onu özü ilə xəstəxanaya gətirib.

Cəlilabadda daha bir əqrəbsancma hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən axşam rayonun Suluçeşmə kəndində baş verib.

Kənd sakini, 42 yaşlı Eldar Bağırov su içmək üçün evdən həyətə çıxıb. Bu zaman əqrəb onun sağ ayağının pəncə nahiyəsindən sancıb. E.Bağırov ayağını sancan həşəratın əqrəb olduğuna əmin olmaq üçün onu özü ilə xəstəxanaya gətirib.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında zərərçəkmişə müvafiq tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub.

Hazırda E.Bağırovun vəziyyəti stabil olaraq qiymətləndirilir.

0
10