“Qarabağ”ın 4 potensial rəqibi bəlli oldu

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.

“Viktoriya” ilə qarşılaşan Azərbaycan çempionu “Qarabağ”ın məğlubiyyətə bərabər heç-heçəyə üzüldüyü günün ən böyük sensasiyası İrlandiyada qeydə alınıb. Yerli “Dandalk” gözlənilmədən BATE-yə şok yaşadıb – 3:0.

APOEL də pley-offa eyni hesablı qələbə ilə yüksəlib. Kipr təmsilçisi qollarının hamısını uzatma dəqiqələrində vurub. “Ludoqorets” isə pley-offa vəsiqəni əlavə vaxtda əldə edib ki, bu uğur Vandersonun het-triki sayəsində gerçəkləşib. Zaqreb “Dinamo”su hər iki matçda qələbə qazanmaqla mərhələ adlayıb.

“Qarabağ” kimi Çempionlar Liqasıyla vidalaşan digər 4 komanda mübarizəni Avropa Liqasında davam etdirəcək. Tiflis “Dinamo”su, BATE, “Rusenborq”, “Srvena Zvezda” qitənin ikinci dərəcəli klub turnirində təmsilçimizin potensial rəqibləri olub.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin digər qarşılaşmaları bu gün keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

2 avqust

“Qarabağ” (Azərbaycan) - “Viktoriya” (Çexiya) – 1:1 (0:0)

Muarem, 28 - Krmençik, 85

“Dinamo” (Tiflis, Gürcüstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:1 (0:2)

Roq, 9

APOEL (Kipr) - “Rusenborq” (Norveç) – 3:0, (0:1)

Yanniotas, 90+1, Vander, 90+6, De Vinsenti, 90+9

“Srvena Zvezda” (Serbiya) - “Ludoqorets” (Bolqarıstan) – 2:4, əlavə vaxtda (2:2)

Donald, 17, İbanyes, 62-p. - Kafu, 24, Vanderson, 40, 92, 97

“Dandalk” (İrlanaiya) - BATE (Belarus) – 3:0 (0:1)

MakMillan, 44, 59, Benson, 90

“Viktoriya” (Çexiya) – 1:1 (0:0)

Muarem, 28 - Krmençik, 85

“Dinamo” (Tiflis, Gürcüstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:1 (0:2)

Roq, 9

“Rusenborq” (Norveç) – 3:0, (0:1)

0
15