Bakıda binada yanğın: 25 nəfər təxliyə edildi

Bakıda binada yanğın: 25 nəfər təxliyə edildi

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində bir ədəd elektrik lövhəsi yanıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzillər yanğından mühafizə olunub.

0
15