İsveçrə Aİ-nin üzvü olmaqdan vaz keçdi

İsveçrə Aİ-nin üzvü olmaqdan vaz keçdi

Avropa İttifaqı Şurasına ötən həftə İsveçrədən  Aİ  təsisatlarına qoşulmasına  dair 1992-ci il tarixli müraciətinin geri çağırılması barədə rəsmi bildiriş daxil  olub.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə  Şura nümayəndəsi məlumat verib.

İsveçrə-Aİ münasibətləri ikitərəfli razılaşmaların əsasında qurulub. Mənbənin məlumatına görə, Aİ  üzvlüyünə dair müraciətin geri çağırılmasının bu münasibətlərə heç bir mənfi təsiri olmayacaq.

Qeyd edək ki, İsveçrə 1992-ci ildə Aİ-yə üzvlüyünə dair müraciət edib. Lakin isveçrəlilər elə həmin il keçirilmiş referendumda Aİ-yə  üzv olmağın əleyhinə səs verib.  O vaxtdan inteqrasiya prosesi dayandırılmışdı.

0
23