Kamikadze özünü partlatdı: 22 ölü, 20 yaralı

Kamikadze özünü partlatdı: 22 ölü, 20 yaralı

 Liviyanın  Benqazi şəhərində minalanmış  avtomobildə hərəkət edən terrorçu-kamikadze bir qrup hərbçiyə yaxınlaşaraq  partlayıcı qurğunu işə salıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 22 hərbçi ölüb, 20-dək insan yaralanıb.

Məlumata görə,  hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
24