Dəniz Baykalın izlənilməsi ilə bağlı 36 polis tutuldu

Dəniz Baykalın izlənilməsi ilə bağlı 36 polis tutuldu

Türkiyədə əsas müxalifət partiyalarından biri olan Cümhuriyyət Xalq Partiyasının (CHP)  sabiq lideri Dəniz Baykalı izləməkdə və qanunsuz dinləməkdə ittiham olunan 36 polis saxlanılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, saxlanılanların Fətullah Gülənin tərəfdarları olduğu bildirilir. Qeyd olunur ki, Dəniz Baykalın və digər müxalifət partiyası - Milliyyətçi Xalq Partiyasının rəhbər şəxslərinin qanunsuz dinlənilməsi işi üzrə ümumilikdə 120 nəfərin həbsinə order verilib.

Qeyd edək ki,  2010-cu ilin mayında “Vakit” qəzetinin internet saytında intim səhnənin əks olunduğu videoçarx yayımlanıb. Qəzet videoda görüntüsü olan şəxslərin CHP lideri Dəniz Baykal və bu partiyadan olan millət vəkili Nəsrin Baytok olduğunu iddia edib. Bu hadisədən sonra Dəniz Baykal vəzifəsindən istefa verib.

0
16