Semih Şəntürkün yeni komandası bəlli oldu

Semih Şəntürkün yeni komandası bəlli oldu

“Fənərbaxça”nın və Türkiyə yığmasının sabiq hücumçusu Semih Şəntürkün yeni klubu bəlli olub. Apasport.az saytı xəbər verir ki, 33 yaşlı futbolçu “Əskişəhərspor”la anlaşıb.

Semih yeni komandasının düşərgəsinə sabah qatılacaq. O, PTT I liqada çıxış edəcək “Əskişəhərspor”un Superliqaya qayıtmasına yardımçı olacaq.

Qeyd edək ki, Semih Şəntürk ötən mövsümü “Başakşehir” klubunun heyətində keçirib.

0
16