İsrail XİN: Biz heç bir zaman “erməni soyqırımı”nı tanımayacağıq

İsrail XİN: Biz heç bir zaman “erməni soyqırımı”nı tanımayacağıq

İsrail Knessetinin (parlamenti) Təhsil, mədəniyyət və idman üzrə komitəsinin Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələrə dair qərarı İsrail dövlətinin rəsmi mövqeyini əks etdirmir.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin XİN-in mətbuat katibi Emmanuel Nahşon “Anadolu” agentliyinin müxbiri ilə söhbətdə bildirib.

“İsrail ermənilərin 1915-ci il hadisələrinə dair iddiaları ilə razlaşmayıb və bu dəyişməyəcək”, - “Anadolu” agentliyi İsrail XİN-in nümayəndəsinin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, bu komitə üzvlərinin fikridir.

Xatırladaq ki, bu ərəfədə Knessetin Təhsil, mədəniyyət və idman üzrə komitəsinin rəhbəri Yakov Marqi bəyan edib ki, “erməni soyqırımı”nı tanımaq – bizim mənəvi borcumuzdur.

Marqinin çağırışını komitənin bir neçə üzvü dəstəkləyib.

0
18