İlham Əliyev Ramazan Abdulatipovu təltif etdi

İlham Əliyev Ramazan Abdulatipovu təltif etdi

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Abdulatipov Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının başçısıdır.

0
19