Muğanlı-İsmayıllı yolu təmir olunur – FOTO + VİDEO

Muğanlı-İsmayıllı yolu təmir olunur – FOTO + VİDEO

Yeni asfalt-beton örtüyü döşənir.

Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, bu çərçivəsində 40 kilometr uzunluğunda olan Muğanlı-İsmayıllı avtomobil yolunda cari təmir işləri aparılır.

Təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.

Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Bütün işlər birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaŞdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

0
22