Ermənistanda silah satışı qadağan edildi

Ermənistanda silah satışı qadağan edildi

Silah saxlanılmasına hüququ olan şəxslərlə müvafiq işlər aparılıb.

Ermənistanın hüquq mühafizə orqanları Yerevanda iyulun 17-də post patrul xidmətinin silahlı qrup tərəfindən zəbt edilməsindən sonra ölkədə silah satışına qadağa qoyublar.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, polis silah satışını nəzarət altına alıb.

Silahın müəyyən növləri satış üçün qadağan edilib.

Həmçinin Ovçular ittifaqının və Silah saxlanılmasına hüququ olan şəxslərlə müvafiq işlər aparılıb.

0
15