Bakıda bəzi binaların seysmik davamlılığı yoxlanılacaq

Bakıda bəzi binaların seysmik davamlılığı yoxlanılacaq

Bakıda hündür mərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu proses layihə çərçivəsində Almaniyanın geoloji təşkilatı ilə birgə aparılacaq və 2 il davam edəcək.

Onun sözlərinə görə, bununla bağlı yekun danışıqlar sentyabrın 19-21-də Almaniyada olacaq və bundan sonra prosesə nə vaxtdan başlanılacağına qərar veriləcək.

Q.Yetirmişli əlavə edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Bakıda tikilən bütün yeni hündür mərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir:

“Bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintiyə ciddi nəzarət edir. Ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir”.

0
14