Bakıda İran vətəndaşına qarşı quldurluq edilib

Bakıda İran vətəndaşına qarşı quldurluq edilib

3 naməlum şəxs İran vətəndaşı və Bakı şəhər sakininə zor tətbiq edərək 750 manat pul alıblar.

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 1-də Binəqədi rayonunun Fatmayı qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov tutulublar.

0
14