Ayağı səhv kəsilən xəstənin həkimi qadının ölümündən danışdı

Ayağı səhv kəsilən xəstənin həkimi qadının ölümündən danışdı

“Məmmədova Tərlan Həsən qızının ölüm xəbərini saytlarda gördük”.

Xəstə xəstəxanadan çıxıb gedəndən sonra onu müşahidə etmək bizim işimiz deyil.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Əfsər Rzazadə deyib.

O, iyun ayında sol ayağı əvəzinə, sağ ayağı kəsilən, sonradan sol ayağı da kəsilən və iki gün əvvəl vəfat edən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbi barədə məlumatsız olduğunu bildirib:

“Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbini bilmədiklərini deyiblər.

Xatırladaq ki, Ə.Rzazadə xəstənin sol ayağı əvəzinə, sağ ayağının kəsilməsi əməliyyatında assistent, sonradan isə T.Məmmədovanın həkimi olub.

0
25