İlham Əliyev: Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir

İlham Əliyev: Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir

“Qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var”.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb. İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil.

Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.

“Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir”, - deyən Prezident İlham Əliyev ölkəmiz üçün neft və qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd etdi. 

Dövlət başçısının sözlərinə görə, son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb. 

“Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var”, - deyə İ.Əliyev qeyd edib.

www.oxu.az

0
9