“Araz” zavodunda partlayışın nəticələri aradan qaldırılır

“Araz” zavodunda partlayışın nəticələri aradan qaldırılır

Baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması davam etdirilir.

Müdafiə Sənayesi Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

Baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.

Bütün bunlara baxmayaraq, bəzi kütləvi informasiya vasitələri həqiqətəuyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.

Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda, nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək.

0
18