Rahib “xatirə olaraq” iki qumbaraatan götürmək istədi

Rahib “xatirə olaraq” iki qumbaraatan götürmək istədi

Məzəli əhvalat.

Ukraynanın Donetsk vilayətində Milli Polis İdarəsinin rəisi Vyaçeslav Abroskin hərbi əməliyyatlar ərazisindən iki qumbaraatan və beş qumbara çıxarmağa çalışıb.

Oxu.Az xəbər verir ki, bu barədə Abroskin öz “Facebook” səhifəsində yazıb.

“Bu günün məzəli əhvalatı. Manquş. Stasionar polis postu. Mikroavtobusa baxış zamanı sərnişindən beş qumbara və iki qumbaratan aşkar edilib. Sursatın sahibi 1969-cu il təvəllüdlü rahibdir. Bu gün Volnovaxidən Çernovitskaya vilayətinə yola düşüb”, - o yazıb.

Rahibin sözlərinə görə, o, silahları Donbasdakı hərbçilərdən “xatirə olaraq” götürüb.

0
16