Venesuelada Maduronun impiçment prosesinə start verilib

Venesuelada Maduronun impiçment prosesinə start verilib

Prezidentin rəqibləri ölkənin 24 ştatından 1% imza toplaya biliblər.

Müxalifətin prezident Nikolas Maduronun impiçmentinə dair kampaniyasının birinci mərhələsini Venesuelanın Milli Seçki Şurası rəsmi olaraq təsdiqlədi.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Maduronun rəqibləri ölkənin 24 ştatından 1% imza toplaya biliblər.

İndi onlar venesuela seçicilərinin 20%-nin dəstəyinə və 4 milyon imzasına ehtiyacları var.

Nikolas Maduro 2013-cü ildə altı il müddətinə seçilib.

Venesuelada ağır iqtisadi böhran nəticəsində gündəlik tələbat mallarının çatışmazlığı mövcuddur. Mağazaların piştaxtaları boşdur, bəzən əhali bütün gününü növbələrdə keçirməyə sərf edir.

Hökuməti tənqid edənlər Maduronu iqtisadiyyatı idarə edə bilməməkdə ittiham edirlər. Maduro isə öz növbəsində ərzaq çatışmazlığında ABŞ-ın iş adamlarını və hakimiyyətini günahlandırır.

Hələ may ayında müxalifət hakimiyyətə Maduronun istefasına dair petisiya təqdim edib, petisiyanı bir milyondan çox adam imzalamışdı. O zaman hökumət imzaların toplanması prosesində çox sayda qayda pozuntusuna yol verildiyini bəyan etmişdi.

0
15