FETÖ-nün "1 dollar" şifrəsinin sirri açıldı

FETÖ-nün "1 dollar" şifrəsinin sirri açıldı

Türkiyədə 15 iyul hadisələri vaxtı bir sıra hərbçilərin üzərindən və otaqlarından tapılmış 1 dollarlıq əskinasların sirri açılıb. Lent.az-ın habertürk-ə istinadən xəbərinə görə, məlum olub ki, “F” seriyalı pullar Fətullah Gülənə yaxın olan şəxslərə verilib. Həmin pulların üstündəki seriya nömrələri isə gizli qruplaşma üzvlərinin pasport nömrələrini əvəz edib.

Hərbi çevriliş cəhdinə görə gözaltına alınan şübhəlilərin verdikləri ifadələrə görə, həmin 1 dollarlıqlar ABŞ-da, konkret olaraq Fətullah Gülənin yaşadığı Pensilvaniyada seçilərək kodlaşdırılıb.

0
197