Azərbaycan banklarındakı əmanətlərin neçə faizi qorunur?- RƏSMİ

Azərbaycan banklarındakı əmanətlərin neçə faizi qorunur?- RƏSMİ

2016-cı ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 mlrd. 761 mln. manat təşkil edib.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, cari ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 mln. manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 mln. manat (5%) azalıb və nəticədə cəmi əmanətlərin (7,8 mlrd. manat) 73%-ni (5,66 mlrd. manat) qorunan əmanətlər, 27%-ini (2,10 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2 mlrd. 275 mln. manat) artaraq 4 mlrd. 572 mln. manat olub ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ini, qorunan əmanətlərin isə 81%-ini təşkil edib.

Qorunan əmanətlərin 77%-i ABŞ dollarının, 19%-i manatın, 4%-i avronun payına düşür.

2016-cı ilin II rübündə fondun cəmi aktivləri 168,2 mln. manat edib, bunlardan uzunmüddətli aktivlər 2,2 mln. manat təşkil edib.

2016-cı ilin II rübündə fondun cəmi gəlirləri 13,7 mln. manat olub ki, bunun da 13,2 mln. manat hissəsini təqvim haqları, 443 min manat hissəsini faiz gəlirləri təşkil edib. Fondun inzibati və ümumi xərcləri 1,8 mln. manat, bunun da 943,5 min manatını əməliyyat  xərcləri təşkil edib.

Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir.

2016-cı ilin II rübün sonuna fondun iştirakçısı olan bankların sayı 37-dir.

0
19