Haydı "Qarabağ"!- Bakıda çətin görüş

Haydı "Qarabağ"!- Bakıda çətin görüş

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşması Bakıda baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” öz meydanında Çexiyanın “Viktoriya” klubunu qəbul edəcək. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparacaq.

Səfərdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi avrokuboklarda yubiley – 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə çalışacaq. Maksim Medvedevin “ağ-göylər”in heyətindəki 300-cü qarşılaşmasına tarix yazmağa yaxın olan “Qarabağ” qapısının toxunulmazlığını da düşünməlidir. Çünki qollu heç-heçə qonaqları növbəti mərhələyə daşıyacaq. Bu üzdən mütləq qalib gəlməli olan çempionumuz görüşün taleyini penaltilər seriyasına – “lotereya”ya qədər həll etmək niyyətindədir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:30-da başlayacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 0:0

0
13