Familiyasında 35 hərf olan qadın

Familiyasında 35 hərf olan qadın

Havay sakini olan qadın uzun müddət davam edən mübarizəsində qalib gəlib.

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, familiyasında 35 hərf olan qadın tam adı və familiyasının sürücülük və şəxsiyyət vəsiqəsinə tam yazılmasına nail olub.

Ad-soyadı Cenis Lokelani Keihanaikukauakahihuliheekahaunaele olan qadının mübarizəsinə səbəb kompüter proqramında ad-soyadın 34 işarə ilə məhdudlaşması olub. Proqramı bütün ştat üzrə dəyişəndə limit 40 işarəyə qədər artacaq. Qadının mübarizəsinə səbəb isə yol polisinin davranışı olub. Nəzakətsiz polis öncə onun soyadını lağa qoyub və ona qızlıq familiyasını qaytarmağı tövsiyə edib. Cenisin qızlıq familiyası isə Vort olub.

O, ərinin familiyasını 1992-ci ildəki toyundan sonra götürüb. Hazırda dul qadın olsa da, Cenis soyadını dəyişməməkdə israrlıdır. Amerikalının sözlərinə görə, soyadının açması ibrətamizdir: “İnsanları xaos zamanı ayağın qaldırıb bir istiqamətə yönləndirən qüvvə onu qeyri-müəyyənlikdən də xilas edəcək”.

0
18