Muşda atışma: 2 PKK terrorçusu məhv edildi

Muşda atışma: 2 PKK terrorçusu məhv edildi

Türkiyənin Muş vilayətində PKK terrorçuları polis avtomobilini atəşə tutub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə, nəticədə patrul vəzifəsi icra edən polis əməkdaşlarından 2-si yaralanıb.

Əlavə polis qüvvələri insident yerinə cəlb olunduqdan sonra yaranan atışmada silahlılardan 2-si məhv edilib, 1-i yaxalanıb.  Yaralanan polis əməkdaşları Muş Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisənin baş verdiyi Muş-Bingöl yolunda təhlükəsizlik tədbirləri gücləndirilib.

0
13