İsrail Azərbaycana pilotsuz təyyarə satışını davam etdirəcək

İsrail Azərbaycana pilotsuz təyyarə satışını davam etdirəcək

Qalon müdafiə nazirinin adına etiraz məktubu ünvanlayıb.

İsrailin "Merets" partiyasının rəhbəri Zexava Qalon İsrail silahının Azərbaycana satılması faktına dair etiraz bildirib.

Oxu.Az "i24" portalına istinadən xəbər verir ki, müdafiə naziri Moşe Yalonaünvanlanan etiraz məktubunda Qalon əsasən onun məlumatına görə, yaxın günlərdə Azərbaycana yeni partiya dronların tədarükünün planlaşdırıldığını qeyd edib.

Siyasətçi nazir, bu aparatların erməni tərəfinə qarşı istifadə edilməyəcəyinə dair zəmanət alınmayana qədər, dronların Azərbaycan ordusuna tədarükünün qarşısını almağa çağırıb.

"Ermənistan və Azərbaycan İsrailə dost dövlətdirlər. Dağlıq Qarabağ uğrunda müharibədə İsrail silahının istifadəsi yolverilməzdir", - Qalon məktubda bəyan edib.

Qeyd edək ki, cəbhə xəttində son kəskinləşmə zamanı Azərbaycan eməni işğalçılarına qarşı müxtəlif təyinatlı dronlardan istifadə edib.

0
22