Donald Tramp baş müşavirini işdən qovdu

Donald Tramp baş müşavirini işdən qovdu

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp baş müşaviri  Ed Brukoveri vəzifəsindən azad edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun işdən çıxarılmasının səbəbləri barədə məlumat verilmir.

Baş müşavir vəzifəsinə iyunda təyin olunan E.Brukover Trampın seçkiqabağı kampaniyası və   Respublikaçılar Partiyasının Milli Komitəsi arasında əlaqəni təmin edirdi.

Qeyd edək ki, son rəy sorğularına əsasən ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton  Donald Trampı 9 faiz qabaqlayır.

0
24