Ermənilərin itkiləri getdikcə artır: Artıq 68 nəfər – FOTO

Ermənilərin itkiləri getdikcə artır: Artıq 68 nəfər – FOTO

Ovannisyan ölən işğalçılar barədə məlumatı və fotoları dərc edib.

Cəbhə xəttində gedən döyüşlərdə ölən erməni əsgərlərinin sayı 68-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.

Ölənlərin yeni siyahısında 20 yaşlı çavuş Armen Adreasyan, İrəvandan 21 yaşlı sıravi Artur Aleksanyan, Erebunidən sıravi Gevorq Arutunyan, İrəvandan 19 yaşlı sıravi Tiqran Berakçyan, Şirakdan 23 yaşlı leytenant Aşot Şahbazyan və Çarentsavandan 19 yaşlı çavuş Karen Nersesyanın adı var.

Erməni KİV 62 nəfər həlak olan erməni əsgəri barədə məlumat yayıb.

Beləliklə də atəşkəs əldə edildikdən ölən erməni əsgərlərinin sayı 32-dən 68-ə çatıb.

Daha öncə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı Qarabağda hərbi qarşıdurmalar zamanı erməni tərəfindən 200 nəfərdən çox adamın öldüyünü və 500 nəfərdən çox adamın yaralandığını bəyan etmişdi.

0
9