Meryem Uzerli ən yaxşı aktrisa seçildi – FOTO

Meryem Uzerli ən yaxşı aktrisa seçildi – FOTO

Livanın paytaxtı Beyrutda bu il yeddincisi təşkil edilən BİAF (Beirut İnternational Awards Festivals) mükafatları sahiblərinə təqdim olunub. Meryem Uzerli mərasimdə “Ən yaxşı qadın aktrisa”adına layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Uzerli mükafatını almağa sevgilisi Alp Özcan ilə gedib.

Aktrisa səhnədə “Burada olduğuma görə çox xoşbəxtəm. Mükafatı almaq, gözəl insanlarla görüşmək, bu ölkədə olmaq mənə qürur və sevinc hissi bəxş edir” deyib.

“Şəhərdə gəzmək üçün fürsət tapa bildim, buranın arxitekturasına heyran oldum. İstiqanlı insanlar məni çox gözəl qarşıladı. Hisslərimi izah etmək üçün sözlər axtarıram. Aktrisa kimi müxtəlif obrazlar yarada bilmək üçün həmişə gerçək olmağa çalışmışam. Əgər qarşılığı budursa mən dünyanın ən xoşbəxt insanıyam”,-deyə Meryem Uzerli sözlərinə əlavə edib.

Aytən Sadıqzadə

0
28