Rusiyada yeni əsginazlar buraxılacaq

Rusiyada yeni əsginazlar buraxılacaq

“Yeni əsginazların məqsədəuyğunluğu inflyasiya nöqteyi-nəzərdən təhlil edilib”.

Rusiya bankı iki min və iki yüz rubl dəyərində əsginazlar çap edəcək, yeni pulların dövriyyəyə 2017-ci ildə buraxılması planlaşdırılır. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə tənzimləyicinin rəhbəri Elvira Nabiullina bildirib. 

Nabiullinanın sözlərinə görə, yenilik rusiyalıların ərzaq və xidmətlər üçün ödəmələri asanlaşdıracaq. Mərkəzi Bankın təhlili göstərib ki, ödəmələrin əsas payı 100-500 rubl və 1000-5000 rubl intervalına düşür, yeni əsginazlar isə bu boşluğu dolduracaq. 

O qeyd edib ki, tənzimləyici yeni əsginazları dövriyyəyə 2017-ci ildə buraxmağı planlaşdırır. 

“Biz yeni nominalların çap edilməsi xərclərinin Rusiya Bankının adi xərcləri çərçivəsində olacağından çıxış edirik. Bununla yanaşı, qeyd etmək istərdik ki, əlavə - 200 rubl və 2000 rubl nominalların dövriyyədə olan nağd pulun həcmini dəyişmir, dövriyyədə nağd pulun həcminə təsir etmir”, - Mərkəzi Bankın rəhbəri əlavə edib. 

Nabiullina qeyd edib ki, yeni əsginazların məqsəduyğunluğu inflyasiya nöqteyi-nəzərdən təhlil edilib. Ekspertlərin fikrincə, iki yüz və iki minlik əsginazlar dörd-altı faiz inflyasiya zamanı iqtisadi cəhətdən məqsədəuyğundurlar.

2017-ci ildə Mərkəzi Bankın proqnozlarına görə, Rusiyada inflyasiya dörd faizdən ibarət olacaq. 

0
13