Yerəvanda 47 şəxs saxlanılıb

Yerəvanda 47 şəxs saxlanılıb

24 nəfərə girovları ələ keçirilməsi ilə bağlı ittiham irəli sürülüb.

Ermənistanda “Sasna çrer” silahlı qruplaşması ilə əlaqədar 47 şəxs saxlanılıb.

Oxu.Az–ın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:

“17 iyulda patrul-mühafizə alayının binasının tutulması faktı ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 219 (binanın, nəqliyyatın və ya əlaqə vasitəsinin tutulması) və 235 –ci (silah-sursat və ya partlayıcı maddələrin qeyri-qanunu əldə edilməsi, saxlanması) maddələri üzrə açılan cinayət işi çərçivəsində 47 nəfər saxlanılıb və ya həbs edilib. 24 nəfərə ittiham irəli sürülüb”.

0
19