Nalbandyan Tbilisidə Qarabağdakı vəziyyəti müzakirə edir

Nalbandyan Tbilisidə Qarabağdakı vəziyyəti müzakirə edir

“Problem yalnız dinc yolla həll edilə bilər”.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan gürcüstanlı həmkarı Mixail Janelidze ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyəti müzakirə edəcəyini bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Nalbandyan mart ayında Gürcüstan XİN rəhbərini Yerevana səfərinə cavab səfəri çərçivəsində Tbilisidədir. Səfər çərçivəsində Gürcüstanın ali rəhbərliyi ilə görüş də planlaşdırılır.

“Mən Dağlıq Qarabağdakı vəziyyət, münaqişənin sülh yolu ilə nizamlanmasına yol açacaq Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə əldə edilmiş razılıqlar barədə məlumat verdim. Həmkarım ilə problemin yalnız sülh yolu ilə həll ediləcəyinə dair fikirlərimiz üst-üstə düşdü”, - Nalbandyan Tbilisidə mətbuat konfransında bildirib.

Gürcüstan XİN rəhbəri öz növbəsində qeyd edib ki, tərəflər nəqliyyat, energetika, turizm və mədəniyyət sahələrində əmkdaşlığı müzakirə ediblər.

0
12