Türkiyədə 51 milyonluq ƏMƏLİYYAT

Türkiyədə 51 milyonluq ƏMƏLİYYAT

Türkiyədə 15 iyul hadisələrindən sonra qanunsuz qruplaşmaların maliyyə qaynaqlarına qarşı tədbirlər davam etdirilir. Lent.az Habertürk-ə istinadən xəbər verir ki, Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyatlar nəticəsində FETÖ-nun pul qaynaqlarını idarə edən Murad Kılıç və adamlarının İstanbul və Çorludakı mənzillərindən külli miqdarda pul götürülüb.

Belə ki, basqın nəticəsində pul daşınması ilə məşğul olan 4 nəfər yaxalanıb. Onlardan 50 milyon lirəlkik çek və 1 milyon lirə nağd pul götürülüb.

Hazırda FETÖ-nün əsas mühasibi hesab edilən Murad Kılıçın tutulması istiqamətində iş aparılır.

0
12