İran neft nazirinin bəyanatı fonunda neftin qiyməti ucuzlaşır

İran neft nazirinin bəyanatı fonunda neftin qiyməti ucuzlaşır

“Neft bazarı dolub, amma tələbat və təklif arasındakı tarazlığın əldə ediləcəyi gözlənilir”, - İranın neft bazarı Bican Namdar Zanqane İran dövlət telekanalına verdiyi müsahibədə bildirib.

Oxu.Az bu barədə investing.ru-ya istinadən xəbər verir.

Bu yaxınlarda “Reuters” tərəfindən aparılan tədqiqat göstərdi ki, OPEK-in neft hasilatının həcmi bu ay, çox güman ki, tarixi maksimumu yeniləyəcək. Tədqiqata görə, OPEK ölkələrindən iyun ayında tədarük olan 33,31 milyon barel göstəricisi iyul ayında sutkada 33,41 milyon barel artıb.

Bu gün OPEK-in baş katibi vəzifəsinə Nigeriyanın nümayəndəsi Məhəmməd Barkindo keçir. Moskva vaxtı ilə saat 13:15-də WTI markalı neftin sentyabr fyuçerslərinin dəyəri 41,15 dollar, Brent markalı neftin bareli isə 42,99 dollara yaxın satılıb. Hər iki neft markası 1%-dən çox ucuzlaşıb.

0
20