Əsəd: Ordumuz terrorizm üzərində qələbə qazanmağa qadirdir

Əsəd: Ordumuz terrorizm üzərində qələbə qazanmağa qadirdir

“Suriya hazırda həlledici bir dövrə daxil olub”.

Suriya prezidenti Bəşşər Əsəd ordusunun zabit və əsgərlərinin terrorçu dəstələrə müqavimət göstərərək qələbə qazanmağa qadir olduğuna inanır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Suriya ordusunun yaranmasının 71-ci ildönümü ilə bağlı hərbçilərə ünvanlanan müraciətində bildirir.

“Suriya Ərəb Respublikasının ordusu Suriya və Yaxın Şərqdə sabitlik, təhlükəsizlik, ölkənin suverenliyi və milli ləyaqətini qoruyan qala olaraq qalacaq”, - müraciətdə qeyd edilir.

“Suriya ordsuunun döyüşçüləri artıq beşinci ildir ki, vətəni, onun vətəndaşlarını terror təcavüzündən müdafiə edir. Onların planları bizim birliyimiz qarşısında tab gətirmir”, - suriyalı lider bildirib.

Suriyanın hazırda həlledici bir dövrə daxil olduğunu deyən B.Əsəd qələbənin əldə edilməsi üçün səylərin ikiqat artırılmasının vacibliyini önə çəkib.

0
20