Komitə sədri: 1000-ə yaxın yaşayış binasının sökülməsi ləngiyir

Komitə sədri: 1000-ə yaxın yaşayış binasının sökülməsi ləngiyir

Bu layihə çərçivəsində 30 mindən artıq sakin köçürülməli, 1 mln. kvadratmetrə yaxın yaşayış sahəsi tikilməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı həmin rayonların İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə növbəti görüş keçirilib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, komitə sədri Abbas Ələsgərov qeyd edib ki, bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunub.

Bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 mln. kvadratmetrə yaxın yaşayış sahəsi tikilməlidir. Komitə tərəfindən tikintisi nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov bu işin ləng getməsindən narahatlığını dilə gətirib.

0
24