Suriyada Rusiya helikopteri vurulub - FOTO

Suriyada Rusiya helikopteri vurulub - FOTO

Rusiyanın Müdafiə Nazirliyi helikopterin vurulmasını təsdiqləyib.

Suriyanın İdlib əyalətində Rusiyanın HHQ helikopteri “Mi-8” vurulub.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi helikopterin vurulmasını təsdiqləyib.

Helikopterdə beş nəfər olub. Heyətin üç üzvünün və Suriya Ərəb Respublikası ərazisində müharibə edən tərəflərin barışması mərkəzinin iki Rusiya zabitinin aqibəti aydınlaşdırılır.

“Tvitter” sosial şəbəkəsində hadisə yerindən dərc edilən şəkillərdə heyət üzvlərinin yanmış cəsədləri görünür.



0
19