Peterburqda psixi xəstələr iki tibb bacısını öldürdülər – FOTO+YENİLƏNİB

Peterburqda psixi xəstələr iki tibb bacısını öldürdülər – FOTO+YENİLƏNİB

Şübhəlilər saxlanılıb.

Peterburqda iki tibb bacısının ölümündə şübhəli bilinən üç nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, RİA Novostiyə bu barədə şəhərin güc strukturlarındakı mənbə bildirib.

“İki tibb bacısının qətlində şübhəli bilinən Sankt-peterburqda dairə hərbi hospitalının psixiatriya şöbəsinin hər üç xəstəsi saxlanılıb və hüquq-mühafizə orqanalrına təhvil verilib”, - həmsöhbət bildirib.

10.42

Axtarışa DİN-in şəxsi heyəti göndərilib. 

Sankt-Peterburqun Dairə hərbi hospitalının psixatriya şöbəsində müalicə alan üç nəfər iki tibb bacısını qətlə yetirərək hadisə yerindən qaçıblar.  

Oxu.Az xəbər verir ki, TASS bu barədə Qərb hərbi dairənin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Dairənin komandanlığı hüquq-mühafizə orqanları əməkdaşları ilə şübhəli şəxslərin axtarışını aparır. 

Hadisə çərşənbə axşamına keçən gecə baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, saat 00:30 radələrində Solovyev adına 442-ci dairə hərbi kliniki hospitalında iki tibb bacısının meyiti aşkarlanıb. 

“Müalicədə olan üç hərbçi itkin düşüb. Onlardan biri Hərbi-kosmik Akademiyanın müdavimidir”, - agentliyin həmsöhbəti deyib. 

Hüquq-mühafizə orqanlarında olan mənbənin “Life78”ə verdiyi məlumata görə, şübhəlilər – sıravi David Ziqanşin və Aleksandr Tomski, eləcə də Hərbi-kosmik Akademiyanın birinci kurs müdavimi Stepan Dasenkodur. Onlar hərbi formadadırlar. 

Hərbçilərin axtarışına Sankt-Peterburq və Leninqrad vilayəti üzrə bütün DİN-in şəxsi heyəti, eləcə də əlavə qüvvələr cəlb edilib. 

Mehmanxanaların, yataqxanaların, icarəyə verilən evlərin, eləcə də vağzalların kütləvi yoxlanışı planlaşdırılır. 

www.oxu.az 

0
25