Braziliya polisi “Formula-1”-in rəhbərinin oğurlanmış qayınanasını azad etdi

Braziliya polisi “Formula-1”-in rəhbərinin oğurlanmış qayınanasını azad etdi

Qaçırılan qadın üçün 36 milyon dollar tələb edilirdi.

“Formula-1”-in promouteri Berni Ekklstounun 10 gün bundan əvvəl San-Pauldakı evindən qaçırılan qayınanası 67 yaşlı Aparesida Şunk Braziliya polisi tərəfindən azad edilib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Aparesida Şunk – Ekklstounun 38 yaşlı üçüncü arvadı Fabiana Flosinin anasıdır.

Qaçırılan qadın üçün 36 milyon dollar tələb edilirdi, amma polis onların bir sent almadığını iddia edir.

San-Paulun polis nümayəndəsi Elizabet Satu BBC-yə hüquq-mühafizəçilərinin Şunku azad etmək üçün geniş əməliyyat həyata keçirdiklərini bildirib.

Əməliyyat nəticəsində iki şübhəli həbs edilib, Aparesida Şunk isə xəsarət almayıb.

85 yaşlı Berni Ekklstoun idman dünyasında ən nüfuzlu və zəngin şəxslərdəndir, onun sərvəti 3,1 milyard dollar dəyərləndirilir.

0
21