Rəsmi qurumlar Şabranda avtobusun partlaması xəbərini təsdiqləmir - YENİLƏNİB

Rəsmi qurumlar Şabranda avtobusun partlaması xəbərini təsdiqləmir - YENİLƏNİB

“Bizə belə məlumat daxil olmayıb”.

Rəsmi qurumlar Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda baş verən partlayışla bağlı məlumatı təsdiqləmir.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına açıqlamasında onların araşdırmaları nəticəsində məlumatın təsdiqlənmədiyini deyib:

“Təcili yardımla, rayonla əlaqə saxladıq, belə bir hadisənin baş verməsini təsdiqləmədilər”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkoknik Kamran Əliyev dəModern.az-a açıqlamasında belə faktın qeydə alınmadığını bildirib:

“Bizə belə məlumat daxil olmayıb”.

11:29

Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

Oxu.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, Bakıdan Nabrana gedən “Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.

0
230