Azərbaycan ilk dəfə “Ezerski Biseri” beynəlxalq musiqi festivalında – FOTO

Azərbaycan ilk dəfə “Ezerski Biseri” beynəlxalq musiqi festivalında – FOTO

Azərbaycanlı muğam ifaçısı Xanım Sadıqova ölkəmizi Makedoniyanın Struqa şəhərində təşkil olunacaq “Ezerski Biseri” beynəlxalq musiqi festivalında təmsil edəcək.

Oxu.Az xəbər verir ki, 4-14 avqust tarixlərində keçiriləcək festivalda ölkəmiz ilk dəfə iştirak edəcək.

Xanım Sadıqova Avropa səhnəsində “Qarabağ” mahnısını səsləndirəcək. Müğənni festivala təşkilatçıların dəvəti ilə qatılıb.

İfaçı Oxu.Az-a açıqlamasında bildirib:

“Mənim üçün ölkəmizi, milli-mədəni sərvətimiz olan muğamımızı təbliğ etmək böyük fəxarət və məsuliyyətdir. Azərbaycan musiqisini adını bir daha zirvələrə qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Xanım Sadıqova Xalq artistləri Ağaxan Abdullayev ilə Səkinə İsmayılovanın tələbəsi olduğunu da deyib.

Aytən Sadıqzadə

0
78