Ərdoğanın qaldığı hotelə hücum edən 9 hərbçi tutuldu

Ərdoğanın qaldığı hotelə hücum edən  9 hərbçi tutuldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı otelə hücum edən qiyamçı hərbçilərdən daha  9-u  saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  2 nəfərin axtarışları davam edir.

Hərbçilırin Muğla vilayətində yaxalandığı bildirilir. Qeyd edək ki, ötən həftə Muğla vilayətində Ərdoğanın qaldığı otelə hücum edən 7 hərbçi yaxalanmışdı.

0
35