İrəvanda izdihamlı mitinq keçirilir

İrəvanda izdihamlı mitinq keçirilir

İrəvanın Azadlıq meydanında “Sasna tserer» qruplaşmasına izdihamlı dəstək mitinqi başlayıb.

Oxu.Az “news.am”a istinadən xəbər verir ki, mitinqə kinorejissor Tiqran Xzmalyan rəhbərlik edir.

Qrupun təslim olmağa qərar verdiyini öyrənən Xzmalyan mitinq iştirakçılarına müraciət edib:

“Varujan Avetisyanın bəyanatı bildirir ki, onlar Ermənistanı ən dəhşətli kabusdan – vətəndaş müharibəsindən xilas edirlər”.

Mitinq iştirakçılarının çoxu Xzmalyana inanmadılar və çıxışı dayandırıb konkret hərəkətlərə keçməyi tələb etdilər.

0
21