İrəvanda polis binasını zəbt edənlər təslim olmağı qərara alıb

İrəvanda polis binasını zəbt edənlər təslim olmağı qərara alıb

“Biz Ermənistanda xalq hərəkatına təkan verdik”.

Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.

Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.

“Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, - deyə V.Avetisyan bildirib.

0
21