Azərbaycan yığmasının futbolçusu "Fulhem"ə keçdi

Azərbaycan yığmasının futbolçusu "Fulhem"ə keçdi

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. Lent.az-m sportnet.az-a istinadən məlumatına görə, İspaniyanın məşhur "Marka" nəşri 24 yaşlı yarımmüdafiəçinin bu ölkənin II divizionunda mübarizə aparan "Fulhem" klubuna keçdiyini yazıb. İsrafilov London təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.    "Fulhem" bu transferə görə futbolçunun məxsus olduğu İspaniyanın "Mursiya" klubuna 200 min avro ödəyib. Komanda növbəti il İngiltərə Premyer Liqasına çıxarsa, bu məbləğ artırıla bilər. 2017-ci ilin iyununadək müqavilə ilə "Mursiya"nın futbolçusu olan İsrafilov daim icarədə oynayıb. Onun son klubu bu ilin ilk yarısında keçirdiyi, 14 matçda meydana çıxdığı "Kodoba" klubu olub.    Eddi yeni klubunda 2 ispan futbolçu - Xavyer Pereyra və Alberto Eskobarla komanda yoldaşı olacaq. Onların baş məşqçisi serbiyalı Slavişa Yokanoviçdir. "Fulhem"in yeganə titulu 1975-ci ildə qazandığı İngiltərə kuboku olub. Avrokuboklarda ən böüyk nailiyyət isə 2010-cu ildə Avropa Liqasının finalçısı olmasıdır.    Xatırladaq ki, millimizə xorvatiyalı baş məşqçi Robert Prosineçkinin vaxtında - ötən ildən cəlb olunan İsrafilov 5 oyun keçirib.

0
25