“Unibank”da nə baş verir?

“Unibank”da nə baş verir?

Maliyyə Bazarlarına Nəzarət Palatası “Unibank” kommersiya bankı ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb. Xatırladaq ki, son günlər müxtəlif mənbələr bankın vəziyyətinin gərgin olduğunu və yaxın günlərdə bağlanacağı barədə xəbərlər yayıblar.

Oxu.Az xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov fins.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar əsassızdır və hazırda “Unibank”ın bağlanması məsələsi müzakirə edilmir:

““Unibank”ın bağlanması ilə bağlı xəbərlər əsassızdır. Bankın maliyyə durumu qənaətbəxşdir. Ümumiyyətlə, hazırda heç bir bankın lisenziyasının ləğvi gündəlikdə deyil”.

0
23