İrəvanda atışma davam edir: yaralılar var - YENİLƏNİB

İrəvanda atışma davam edir: yaralılar var - YENİLƏNİB

“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.

APA-nın məlumatına görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.

İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır.

xxxx

30 iyul

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup yenidən asayiş keşikçilərinə atəş açıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. 

Atışma nəticəsində 1986-cı il təvəllüdlü  polis əməkdaşı Yura Tepanosyan ölüb. Məlumata görə, o, silahlı qrupun mövqe tutduğu polis binasından 350-400 metr aralıda xidməti avtomobildə olarkən güllə yarası alıb və hadisə yerində ölüb.

Qeyd edək ki, iyulun 17-dən polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupun qətlə yetirdiyi ikinci polis əməkdaşıdır.

0
22